(+994)55 601 18 31 [email protected]

Evimizdəki təhlükələr

Qaraciyərimiz bildiyiniz kimi orqanizmin laboratoriyasıdır və əsas funksiyalarından biri orqanizmdəki toksinləri zərərsizləşdirməkdir. Bu toksinlərə alkoqol, müxtəlif dərman maddələri, qidaların tərkibindəki kimyəvi maddələr və s aiddir. Lakin bunlardan əlavə bir-çox maddələrlə biz fiziki kontaktda oluruq ki, onları da qaraciyərimiz zərərsizləşdirməli olur – bura nəfəs alaraq qəbul etdiyimiz və ya təmasda olduğumuz toksinlər aiddir.

Evinizi qaraciyəriniz üçün təhlükəsiz etmək sizdən asılıdır.

  • Evi kimyəvi maddələrlə təmizləyərkən otağı havalandırın.  Çünki bu maddələr nəfəs aldığınız zaman da orqanizmə daxil olaraq zərər vurur və onların da zərərsizləşdirilməsini qaraciyər həyata keçirir.
  • Qarışqa, tarakan zəhərləri istifadə edərkən və ya ağacları dərmanlayarkən mütləq qoruyucu maska taxın.
  • Əgər müxtəlif boyalarla çalışırsınızsa lazım olduğundan çox onları açıq saxlamayın.

Ümumiyyətlə təmizlik üçün təbii məhsullardan istifadə etməyə çalışın. Adi paltar sabunu, sirkə, soda, qarğıdalı unu, duz ilə bir çox ləkələrdən azad olmaq mümkündür.

Otaqlarda təmiz və fresh ətrin gəlməsi üçün isə kimyəvi spreylər yerinə gözəl ətirli otaq bitkiləri qoya və ya aromatik yağları (qızılgül, lavanda) su ilə qatıb istifadə edə bilərsiz.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.