(+994)55 601 18 31 [email protected]

Hepatit C-nin genotipləri

Hepatit C virusunun mutasiya etmək (dəyişmək) qabiliyyəti onun müxtəlif alt qruplarının yaranmasına gətirib çıxarmışdır.  Bunlar genotiplər adlanırlar. Dünyanın müxtəlif ölkələrində hər bir genotipin rastgəlmə tezliyi fərqlidir.  Hepatit C-nin hansı genotipinin olması  xəstəliyin gedişi və aparılacaq müalicəyə çox böyük təsir edir.  Məsələn HCV-nin 3-cü genotipi zamanı sübut olunub ki, xəstəlik daha tez irəliləyir. Lakin genotiplər xəstəliyin ağırlıq dərəcəsinə və xərçəng əmələ gəlmə ehtimalına təsir etmirlər.

Hepatit C-nin 6 genotipi vardır. 1, 2 və 3-cü genotiplər bütün dünyada yayılmışdır. Ən çox rastgəlinənləri  1a və 1b növləridir. Bu növlər bütün Hepatit C infeksiyalarının 60%-ni təşkil edirlər. Şimali Avropa, şimali Avropa və Yaponiyada xüsusilə çox yayılmışdırlar.  Genotip 3 isə daha Cənub-şərqi Asiyaya xasdır.  Genotip 4 Orta Asiya, Misir və mərkəzi Afrikada rast gəlinir. Genotip 5 ancaq Cənubi Afrikada müşahidə olunur.  Genotip 6 Asiyada məskunlaşmışdır.

Xəstəliyin müalicəsi üçün HCV-nin genotipini dəqiqləşdirmək mütləqdir, çünki genotiplər müalicənin seçilməsinə çox böyük təsir göstərirlər.

Həmçinin müalicənin uğurlu olmasına təsir edir

  • qanda HCV-nin virus yükü (titri)
  • müalicədən öncə qaraciyərin zədələnməsinin səviyyəsi
  • immun sistemin vəziyyəti
  • pasiyenti yaşı
  • pasiyentin irqi
  • alkoqol asılılığı
  • ilkin müalicəyə cavab reaksiyası

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.