Dünya əhalisinin 4-5%-i qida allergiyasından əziyyət çəkir. Allergiya orqanizmin qəbul etdiyimiz qidanın hər-hansı bir komponentinə qarşı hiperreaktiv immun cavab reaksiyasıdır. 160-dan çox qida allergiya yarada bilir. Yetkin şəxslərdə daha çox dəniz məhsulları, qoz-fındıq, süd məhsulları, meyvələrə qarşı allergiya müşahidə edilir.
Qidaya qarşı allergiya orqanizmdə özünü cürbəcür göstərə bilər. Tənəffüs, həzm sistemi traktı hətta ürəyin işinə də təsir edə bilər. Və maraqlı məqamlardan biri odur ki, eyni qidaya bu gün bir cür reaksiya verib, sabah təkrar qəbul etdikdə başqa bir reaksiya verə bilərsiz. Allergiya simptomları özünü qida qəbulundan bir-neçə dəqiqə sonradan bir-neçə saatadək göstərə bilər.
- Dərinin qızarması, qaşınması, suluqların əmələ gəlməsi
- Təzyiqin dəyişməsi. Bəzi allergik reaksiyalar özünü halsızlıq, zəiflik, başağrısı, ürəkdöyünmə ilə göstərir. Buna səbəb qəbul olunan qidanın təzyiqi oynatmasıdır, yəni kəskin təzyiq ya artır, ya da düşür.
- Ağız ətrafının qaşınması, quru öskürəyin olması. Daha çox meyvə və tərəvəzə qarşı allergiyada müşayidə olunur.
- Udqunmanın çətinləşməsi, sinədə darlıq hissi. Ürək xəstəlikləri ilə qarışdırılan bu simptom əslində qida borusunun allergiya nəticəsində spazmından yarana bilər.
- Ürəkbulanma, qarında ağrı, ishal. Yeməkdən sonra qusma və narahatçılıq məhz zəhərlənmə və ya qidanın keyfiyyətsiz olması demək deyildir. Allergik reaksiya özünü bu şəkildə də göstərə bilər.
No Comments