Çünki adətən xroniki Hepatit C-nin güclü simptomları olmur. Xəstə çox vaxt Hepatit C simptomlarının adi yorğunluqdan irəli gəldiyini düşünür. İş qabiliyyətinin azalması, daimi zəiflik və yorğunluq hiss edərək heç ağlına da gəlmir ki, bədənində ölümcül təhlükəli virus artıb-çoxalır.
DİQQƏT! Aşağıda sadalanan simptomları özünüzdə müşahidə edirsinizsə mütləq hepatoloqa müraciət etməyiniz tövsiyə olunur.
- əzginlik, yorğunluq
- iş qabiliyyətinin azalması və tez yorulma
- emosional stabilliyin pozulması, tez qıcıqlanma və aqressiya
- iştahanın azalması və itməsi
- yağlı qidanı həzm edə bilməmək, ağızda acılıq, ürəkbulanma
- baş ağrısı və oynaqlarda ağrılar
- yuxunun pozulması
- tərləmənin artması
- uzun müddət bədən temperaturunun 37.1-37.9 dərəcə arasında olması
- dəri səthində qaşınma
- gözün ağ hissəsinin və dərinin saralması
- dəridə damar ulduzcuqları
- mədə nahiyəsində dolma, şişmə hissi, qarnın köpməsi
- qəbz və ishalın növbələşməsi
- sağ qabırğaaltı nahiyədə narahatçılıq
- qaraciyər və dalağın böyüməsi
Xroniki Hepatit C-nin özünü göstərməsi xəstəliyin müddətindən və qaraciyərin virusla zədələnmə dərəcəsindən asılıdır. Qaraciyərin patoloji zədələnməsini həmişə USM ilə qiymətləndirmək olmur. Mədə-bağırsaq traktının hərtərəfli müayinəsi ancaq pasiyentin qaraciyərində dəyişikliklərin olmasını həkimə göstərə bilər.
No Comments