(+994)55 601 18 31 [email protected]

Hepatit A virusu

Hepatit A virusu insandan insana yoluxmuş qida və içki vasitəsilə keçir. Fekal-oral mexanizmlə yoluxur. Şəxsi gigiyena qaydalarına ciddi əməl olunmadığı regionlarda virus çox rahatlıqla yayılır.

Virusa məruz qaldıqdan 2 ay ərzində hepatit A özünü göstərir. Orta inkubasiya dövrü, yəni simptomların özünü göstərməsi 28 gündür (15-50 gün). Simptomların ağırlığı çox dəyişkəndir. Bəzi hepatitli xəstələrdə ümumiyyətlə heç bir əlamət olmur. Yaşlı insanlarda uşaqlara nisbətən əlamətlər daha kəskin keçir. Ən ağır formada xəstəlik qaraciyər çatışmazlığına və ölümə gətirib çıxara bilər. Lakin bu çox nadir halda baş verir.

Hepatit A-nın simptomları birdən-birə özünü göstərir. Bura aiddir: əzginlik, iştahanın olmaması,  ürəkbulanma, diareya, qarında ağrı, qızdırma, sarılıq və sidiyin rənginin tündləşməsi.  simptomlar 2 aydan az davam edir. Bəzi hallarda əlamətlər 6 ayadək qalırlar. Xəstəlikdən sağalma tam baş verir, xroniki halı müşahidə olunmur.

Xəstəliyin diaqnozu qan analizi vasitəsilə qoyulur-  Anti-HAV İgM. Əgər hepatit A-ya qarşı təcili qorunma lazımdırsa o zaman immunoqlobulin vurulur.  İmmunoqlobulin yoluxmadan sonra 2 həftə ərzində verilərsə ancaq effektlidir. Təsiri 2-4 ay qalır, virusdan müdafiə edir. İmmunoqlobin kəskin virus hepatiti olan xəstənin ailə üzvlərinə qorunma üçün verilə bilər.  Həmçinin sanitar-gigiyenik şəraiti aşağı olan və hepatit A çox yayılmış zonalara səyahət edən insanlara da tövsiyə olunur.

Hepatit A-ya qarşı həmçini peyvənd də vardır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.