- Hepatit C uzun müddət əlamətsiz keçən, lakin ölümcül sonluğa gətirə bilən xroniki qaraciyər xəstəliyidir. Bütün dünyada yayılmışdır. Hazırda demək olar ki, istənilən laboratoriyada sadə bir şəkildə qanda virus diaqnoz oluna bilər.
- Digər xroniki xəstəliklər kimi virus nə qədər tez təyin olunub müalicəyə başlanarsa bir o qədər nəticə effektli olar. Çünki xəstəlik çox zaman simptomsuz keçir, ciddi əlamətlərlə həkimə müraciət etdikdə isə yaranmış qaraciyər zədələnməsini bərpa etmək olmur.
- Hepatit C ilə yoluxan xəstələrin sayı HİV (spid)lə yoluxan insanların sayında 5 dəfə çoxdur. Hepatit C sirroz, qaraciyər xərçəngi və qaraciyər çatışmazlığının əsas səbəbidir.
- Yeni yoluxmaların çoxu narkotik istifadə edən gənclər arasında baş verir.
- Hərbi şərait və müxtəlif əlbəyaxa döyüş növlərində qanla kontakt olduğu üçün yoluxma ehtimalı yüksəkdir. Qanaxma, transfuziya, cərrahi əməliyyatlar da risk daşıyır.
- Peşəkar tattoo salonları sertifikasiya olunduğundan belə yerlərdə hepatitin yoluxma dərəcəsi çox aşağıdır.
- Lakin gigiyenik kontrolun aşağı olduğu həbsxanalar, manikur-pedikur edilən salonlar və s. risklidir.
- Ümumilikdə gənc nəsil arasında HİV və digər cinsi yolla keçən infeksiyaların yayılması böyük təşviş doğurur. Lakin bir-çoxu Hepatit B və C təhlükəsindən xəbərsizdir.
No Comments