(+994)55 601 18 31 [email protected]

Qaraciyər üçün faydalı içkilər

Bildiyiniz kimi qaraciyərimiz yediyimiz və içdiyimiz hər bir qidanın həzmində iştirak edir, zərərli maddələri neytrallaşdırır, toksinlərdən bədənimizi azad edir.  Ona görə də qaraciyər problemləri olan pasiyentlər öz qidalanmalarına çox diqqətlə yanaşmalıdırlar.  Bəzi qida və içkilər qaraciyərə kömək olduğu halda, bəziləri əksinə daha da ziyan vura bilər.

Qaraciyərin unikal xüsusiyyətlərindən biri özünü bərpa etməsidir. Lakin virus və ya iltihabla mübarizə aparan bir qaraciyər artıq öz funksiyalarını tam icra edə bilmir. Adi halda neytrallaşdıra biləcəyi maddələri zərərsizləşdirə bilmir. Ona görə də xroniki qaraciyər xəstəlikləri olan pasiyentlər qida seçiminə diqqətli yanaşmadıqları təqdirdə qaraciyər özünə daha gec gəlir.



İsti içkilərdən qaraciyər üçün faydalı olanlar bunlardır⇓

Kofe – Alimlərin araşdırmasına görə gündəlik 2-3 fincan qara şəkərsiz, az südlü və ya südsüz kofe qaraciyər xəstəlikləri riskini azaldır. Kofenin  kaffein, kafestol və antioksidant maddələri qaraciyərə müsbət təsir göstərir. Lakin gərginlik, yüksək qan təzyiqi, başağrıları və yuxusuzluqdan əziyyət çəkən şəxslər kofe içərkən diqqətli olmalıdırlar.

Yaşıl çay – yaşıl çayın sağlamlığa faydası artıq 10 illərdir ki, bilinməkdədir. Yaşıl çaydakı antioksidantlar (katexinlər -EGCG, ECG) qaraciyər funksiyalarına yardımçı olur və qaraciyəri toksik maddələrin təsirindən qoruyur. Bura alkoqolu misal göstərmək olar.  Yaşıl çay həmçinin qaraciyər hüceyrə zədələnməsi və iltihab prosesini də ləngidir.

Qaraciyər detoks çayları – bu çaylar qaraciyəri təmizləyib, toksinlərdən azad etmək üçün hazırlanmışdırlar. Tərkiblərində qaraciyər üçün faydalı olan müxtəlif ot qarışıqları yer alır.  Xüsusilə ağır, yağlı yeməklər qəbul etdikdən sonra qaraciyərə düşən yükü azaltmaq üçün detoks çaylarından istifadə etmək məqsədəuyğundur.

İsti limon suyu – Sadalananlar arasında hazırlamağı ən sadə olan içki olsa da, orqanizmə faydası həddindən artıqdır. İsti suya yeni sıxılmış limon suyu əlavə edib içmək qaraciyər üçün əla bir variantdır. Limon çox güclü antioksidant olub qaraciyəri təmizləyir və özünü bərpa etməsinə kömək edir. İsti su ilə qarışdırıldığı zaman isə həzmi daha rahat olur.

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.