Askaridoz insan və heyvanların bağırsağında parazitlik edən qurdların törətdiyi xəstəlikdir. Askaridlərin müxtəlif növləri vardır, məsələn Ascaris lumbricoides növü yalnız insanda parazitlik edir və bağırsaqda 2 ilədək yaşaya bilir. Nazik bağırsaqda məskunlaşır.
Nəcisdə qurdun yumurtaları və ya ölü fərdləri rast gəlinir. Qurdun çoxalması bağırsaqda dişi və erkək fərdlərin iştirakı ilə baş verir. Əgər insan yalnız erkək fərdlərlə yoluxmuşsa bu zaman nəcisdə qurd yumurtaları aşkarlanmır, qurd bağırsaqda təbii sürətdə həyat dövriyəsini başa vurur.
Askaridlə daha çox 3-7 yaş arası uşaqlar yoluxur. Gigiyena şəraitinin zəif olduğu yerlərdə çirkli əl, qida və su vasitəsilə qurd yumurtaları yoluxur. Askaridoz əlamətləri qurdun sürfəsinin və yetkin fərdin orqanizmdə miqrasiyası zamanı artır və narahatçılıq verir. Simptomlar parazitar invaziyanın dərəcəsindən və qurdun yerləşdiyi nahiyədən asılıdır. Əsasən həzm sistemində gəyirmə, qarında ağrı, köp, mədədə yanğı hissi, qəbizlik və ishal, iştahanın olmaması, çəki itirilməsi müşahidə olunur.
Askarid həmçinin miqrasiya zamanı qeyd olunan orqanlarda da aşkarlana bilər.
- qaraciyər
- öd yolları
- ürək
- qida borusu və mədə
- ağciyərlər
- mədəaltı vəzi axarı
Çoxlu miqdarda askaridlər yoluxma zamanı öskürək, təngənəfəslik, subfebrik temperatura, döş qəfəsində ağrılar və həmçinin askarida qarşı allergiya da müşahidə oluna bilər.
Askaridozun müxtəlif mərhələlərdə diaqnostikası üçün qan, nəcis, bəlğəm analizləri və ağciyərlərin rentgeni istifadə olunur.
No Comments