D vitamini orqanizmin normal fəaliyyətini təmin edən vitaminlərdən biridir. Kalsium və fosfat mübadiləsi başda olmaqla bir-çox proseslərdə iştirak edir.
Biz D vitaminini bu yollarla qəbul edirik↓
- Günəş şüaları
- Qida
- vitamin əlavələri
- solyari və xüsusi lampalar
Hazırda gündən qoruyucu kremlərin geniş istifadəsi, iş yerləri və tədris mərkəzlərinin bağlı məkanda olması, günün qızmar avxtlarında (11.00-15.00) əhalinin günəşdən qaçınması səbəbilə təbii yolla D vitamini alına bilmir, bu da öz növbəsində D vitamini defisitinin çox geniş yayılmasına səbəb olur.
Nəzərə almaq lazımdır ki, tünd dəri D vitaminini daha gec sintez edir. Dərinin rəngi nə qədər ağdırsa D vitamini o qədər tez sintez edir. Həmçinin yaş faktoru da vacib rol oynayır. İnsan yaşlandıqca D vitamini dərisində daha gec əmələ gəlir.
D vitamini çatışmazlığının əlamətləri aşağıdakılardır
- Ənsə nahiyəsinin tərləməsi
- dişlərdə kariesin əmələ gəlməsi
- yuxusuzluq
- iştahanın itməsi
- oynaqlarda ağrılar
- tam dincəldikdən sonra belə yorğunluq və əzginlik hissi
- qəbzlik
Vitamin D köməkçi vasitə kimi istifadə olunur
- çəki və sümük möhkəmliyinin artırılması üçün
- yaşlı insanlarda sınıq və travma riskini azaltmaq üçün
- hamiləlikdə və yenidoğulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün
- 2-ci tip şəkərli diabetdə toxumaların insulinə həssaslığını artırmaq üçün
- testesteron səviyyəsini artırmaq üçün
- dağınıq skleroz zamanı
- ağır astma tutmalarında
- piylənmədə
- depressiyalar zamanı
Profilaktik olaraq ildə 1 dəfə D vitamininin miqdarını yoxlamaq tövsiyə olunur.
No Comments