Virus hepatitlərindən olan ölümlərin tən yarısı Hepatit B-nin payına düşür. Həmçinin qaraciyər xərçəngi və qaraciyər sirrozunun da bir-çox halda səbəbkarı Hepatit B virusudur. Bütün dünyada 240 milyon insan Hepatit B-yə yoluxmuş vəziyyətdədir. Şərqi Asiya və sub-sahara Afrikasında isə əhalinin 5-10%i Hepatit daşıyıcısıdır. Bu hər 10 adamdan biri deməkdir. Bu bölgələrdə virus daha çox anadan uşağa vertikal yolla keçir ki, bu da ən qorxulusudur. Vertikal yoluxma zamanı virus uzun müddət əlamətsiz qalır amma xəstə digər insanları yoluxdurur. Əlamətlər özünü göstərəndə isə artıq xəstəlik irəli mərhələlərdə olur.
Sevindirici olan virusa qarşı pevəndin olmasıdır. Peyvənd 100%-dək qoruma verir. Hepatit B peyvəndi olunmaqla siz həmçinin Hepatit D virusundan qorunursuz. Çünki Hepatit D B virusu olmadan orqanizmdə çoxala bilmir. Yüksək risk bölgələrində periodik olaraq Hepatit B daşıyıcılığına görə skrininq və qan analizlərinin olunması mütləqdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Ümümdünya Səhiyyə Təşkilatının hazırki strategiyası 2030-cu ilədək xroniki Hepatit B-dən əziyyət çəkən xəstələrin 90%-nin öz statusundan xəbərdar olmasını və 80%-nin adekvat müalicə almasını təmin etməkdir.
NoHep! demək üçün Siz də Hepatit B-yə qarşı yoxlanın, peyvənd olunun və bizim cərgəmizə qoşulun. Ətraflı məlumatı DoctorHep mobil əlavəmizi yükləməklə əldə edə bilərsiniz. https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=ru
No Comments