Virus hepatitlərindən Hepatit A, B və C daha çox yayılmışdır. Hepatit D və Hepatit E virusları da mövcuddur.
Hepatitlərdən ən təhlükəlisi hepatit C virusudur. Daha ciddi fəsadlara səbəb olur. ABŞ-da hər il 16.000 insan məhz hepatit C-dən tələf olur. Hepatit C ilə yoluxan pasiyentlərin 85%-ində xəstəlik xroniki qaraciyər xəstəliyinə səbəb olur. Virus yavaş-yavaş inkişaf edir, lakin sonda qaraciyəri tükədir.
Hepatit A və B virusları həmçinin qaraciyər üçün təhlükəli ola bilər. Hepatit A kəskin qaraciyər xəstəliyinə səbəb olur, lakin bir-neçə ay ərzində sağalır. Yüksək qızdırma tutmaları ilə müşahdə olunur, yetkin şəxslərdə uşaqlara nisbətən daha ağır keçir. Xroniki formaya keçmir. Hepatit B virusu isə 85% hallarda sağalır, 15% halda xronikləşir.
Hepatit D virusu özünü yalnız Hepatit B-yə yoluxmuş orqanizmdə göstərə bilir. Hər 2 virusun birlikdə rast gəlməsi qaraciyərin çox ağır zədələnməsi ilə keçir.
Profilaktik olaraq hər bir kəs hepatitlərə qarşı yoxlanmalıdır. Hepatit A və B viruslarına qarşı peyvənd mövcuddur.
No Comments