Hepatit viruslarının hər biri müxtəlifdir. Onları birləşdirən ortaq cəhət hər birinin qaraciyəri zədələməsi və qaraciyərin iltihabına səbəb olmasıdır. Virus hepatitlərindən hepatit A və B-yə qarşı təhlükəsiz və effektiv peyvənd mövcuddur.
Nə üçün Hepatit A-ya qarşı peyvənd olunmaq lazımdır?
CDC (ABŞ xəstəliklərin kontrolu və profilaktikası mərkəzi) 12-23 aylıq bütün uşaqlara bu peyvəndin olunmasını tövsiyə edir. Aşağıda sadalanan kateqoriyalara aid insanlar da risk altındadırlar.
- xroniki qaraciyər xəstələri
- hemofiliya xəstələri
- Hepatit A ilə xəstələnmə səviyyəsi yüksək olan ölkəyə səfər edən turistlər
- narkotik istifadəçiləri
- Hepatit A mərkəzləri və laboratoriyasında çalışan işçilər
Nə üçün Hepatit B-ya qarşı peyvənd olunmaq lazımdır?
CDC Hepatit B peyvəndini bütün körpələrə tövsiyə edir, (sağlam) uşaqlar doğulduqdan sonra 24 saat ərzində peyvənd olunmalıdırlar. Risk qrupuna aiddir
- xroniki qaraciyər xəstələri
- HİV (QİÇS) xəstələri
- böyrək xəstəlikləri olan pasiyentlər
- Cinsi yolla keçən infeksiyası olan və müalicə alan pasiyentlər
- Ailəsində Hepatit B xəstəsi olan insanlar
- Qeyri-steril şpris istifadəçiləri
- yüksək Hepatit B səviyyəsi olan regionlarda yaşayan insanlar
- İşlə bağlı qan və digər bədən mayeləri ilə gündəlik kontaktda insanlar
- Hepatit B ilə xəstələnmə səviyyəsi yüksək olan ölkəyə səfər edən turistlər
No Comments