Hepatit C qaraciyər xərçənginin aparıcı səbəblərindən biridir. Həmçinin qeyri-Hodgkin limfoması, öd yolları xərçəngi ilə əlaqəlidir.
Hepatit C-nin erkən diaqnostika və müalicəsi zamanı pasiyent tamamilə sağala bilər. Bu da öz növbəsində xərçəng və digər fəsadlaşmaların riskini azaltmaqda böyük rol oynayır. Hepatit C skrininqi və müalicəsi buna görə çox vacibdir.
Təəsüf ki, bir çox insan xroniki hepatit C ilə yaşayır və bundan xəbərsizdir. Çünki xroniki hepatit C bir-çox halda qaraciyərin ciddi zədələnməsinə qədər heç bir əlamətlə özünü biruzə vermir.
Xərçəngdən əziiyət çəkən hepatitli xəstələrdə qaraciyər sirrozu daha tez formalaşır. Bədxassəli şişlərin müalicəsi üçün aparılan kimya terapiyası immuniteti zəiflədir, bu da virusun baş qaldırıb kəskin qaraciyər xəstəliyinə səbəb olmasına gətirib çıxarır. Bu fenomen “Hepatit C-nin reaktivasiyası” adlanır.
Əgər hepatit C müalicə olunmazsa qaraciyərin geridönülməz zədələnməsinə yol aça bilər. Nəticədə infeksiyanın ağırlaşmasına görə pasiyentə qaraciyər transplantasiyası tələb oluna bilər.
No Comments