- Hepatit hansı orqanı zədələyir?
Cavab: Qaraciyər. “hepatitis” sözü qaraciyərin iltihabı deməkdir. Qaraciyərin zədələnməsi onun funksiyasının pozulmasına gətirib çıxarır. Qaraciyər isə bir-çox vacib funksiyalar yerinə yetirir, məsələn qidaların həzmi, enerji depolanması, qanın toksinlərdən təmizlənməsi, öd sintezi və s. Hepatitlərin bəzi formaları yüngül keçsə də, bəzi formaları çox ciddi problemlərə səbəb ola bilir. Bunlara sirroz və qaraciyər xərçəngi aiddir.
2. Hepatit A, B və C-ni nə törədir?
Cavab: Viruslar. Qeyd olunan hepatitlərin hər biri müxtəlif viruslar tərəfindən törədilir. Ona görə də virus hepatitləri adlanır. Qaraciyərin piylənməsi, çoxlu dərman, alkoqol istifadəsi də hepatitə yol aça bilər.
3. Ən çox yayılmış hepatit hansıdır?
Cavab: Hepatit C. Hepatit C-yə yoluxma digər 2 növ hepatitin cəmindən çoxdur. Bütün dünyada 71 milyon insan xroniki Hepatit C-dən əziyyət çəkir. Hər il 400.000 insan Hepatit C və onunla bağlı ağırlaşmalardan tələf olur.
4. Özünü sağlam hiss etdikdə belə hepatitə görə yoxlanmaq lazımdır?
Cavab: Bəli! Bəzi insanlar uzun müddət hepatitə yoluxduqlarından xəbərsiz olurlar, çünki ciddi patologiya yaranana qədər hepatit heç bir əlamətlə özünü göstərmir. İllik planlı müayinə zamanı xüsusən yoluxma yüksək olan zonalarda hepatit testləri yoxlanmalıdır.
5.Hansı hepatit öz-özünə sağalır?
Cavab: Hepatit A. Hepatit A-ya yoluxma zamanı bir-neçə həftəyə pasiyent sağalır və qaraciyərin işi normallaşır. Hepatit B və C isə xroniki formaya keçməyə meyllidir. Bu o deməkdir ki, infeksiya illərlə orqanizmdə qalaraq qaraciyəri tədricən zədələyir.
6. Hansı hepatitə görə peyvənd vardır?
Cavab: Hepatit A və B-dən qorunmaq üçün peyvənd mövcuddur. CDC tərəfindən bütün yenidoğulmuş uşaqlara xəstəxananı tərk etməzdən öncə Hepatit B peyvəndi vurulması tövsiyə edilir.
7. Hansı hepatit daha çox cinsi əlaqə zamanı yoluxur?
Cavab: Hepatit B. Hepatit B bütün bəədn mayelərində və qanda rast gəlinir, ona görə də asanlıqla cinsi əlaqə vasitəsilə yoluxur. Hepatit C əsas qandan yoluxur. Nadir hallarda cinsi əlaqə ilə partnora keçə bilər.
No Comments