(+994)55 601 18 31 [email protected]
Hemoqlobin

Hemoqlobin

Hemoqlobin – qanın tənəffüs piqmenti olub, eritrositlərdə saxlanılır. Əsas funksiyası oksigenin və karbon qazının nəqli, turşu – qələvi balansının tənzimləməsidir. İki hissədən ibarətdir: zülal və qeyri – zülal (dəmir) . Hemoqlobinin müxtəlif fizioloji formaları var: oksihemoqlobin (HbO2) – oksigenlə hemoqlobinin birləşməsindən əmələ gəlir. Əsasən arterial qanın tərkibində çox olur və qana al qırmızı rəng verir. Dezoksihemoqlobin (HbH) – oksigeni toxumlara transfer edən hemoqlobindir. Karboksihemoqlobin (HbCO2) – karbon qazı ilə birləşmiş hemoqlobindir. Xüsusilə venoz qanın tərkibində olur. Fetal hemoqlobin (HbF) – quruluş və xassələrinə görə fərqli olmaqla yeni doğulmuşların hemoqlobinidir. Uşağın qanında HbF miqdarı 80% təşkil edir. 1 yaşadək demək olar ki, tam olaraq hemoqlobinlə əvəz olunur. HbF – in diaqnostikası bəzi qan bə onkoloji xəstəlikləri zamanı aparılır.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.