(+994)55 601 18 31 [email protected]

Hepatit C-nin müalicəsi və gedişatına təsir edən əsas faktorlar

HCV – haqqında kifayət qədər qeyd olunsa da aparılan virus əleyhinə terapiyanın bəzən verdiyi əlavə təsirlər tədqiqatçıları vadar edir ki, pasientlərə öncədən proqnoz vermək üçün xüsusi faktorlar nəzərə alınsın. Bu faktorların təyin olunması həm müalicə aparan həkim üçün apardığı müalicənin effektivliyini, həm də pasient üçün isə əlavə təsirlərin səviyyəsini və erkən virusoloji cavab alınma müddətini bilmək üçün vacibdir. Hal-hazırda tam müəyyən olunmuşdur ki, 19-cu xromosomda yerləşən genlərin (İl-28A, İL28B, İL29)dəyişməsi virus əleyhinə müdafiənin əsas faktorudur. Daha əhəmiyyətli isə interleykin 28B (İL28B)nin polimorfizmdir.

İL28B qamma interferon -3 olub, II sinif sitokin reseptorlarının liqandı hesab olunur. Bu liqandlar JAK/STAT kaskadını işə salır ki, bu da öz növbəsində2′, 5’oliqoadrenilat-sintetaza və endonukleazı aktivləşdirir. Endonukleaza virus zülallarının sintezinin blokada edilməsinə təsir edir. Müəyyən olunmuşdur ki, İL28B HCV-nin təbii eliminasiyası ilə yanaşı interferon və ribovirin müalicəsinin effektivliyi barədə də proqnoz verməyə kömək edir. Beləliklə, insan genomunun polimorfizminin öyrənilməsi İL28B-nin müalicənin uğuruna təsir edən digər faktorlardan daha vacib olduğunu aydınlaşdırmışdır.
İL28B-nin polimorfizmi HCV 1genotipli pasientlər üçün təyin olunması vacib olan analizlərdəndir.

Bu polimorfizm 3 formada ola bilər

İL28 B- C/C- spontan sağalma baş verə bilər.

C>T 80%pasientlər müalicəyə yaxşı cavab verir.

[rs12979860] yüksək virus yükü xarakterik ola bilər.

C/T- 20- 40%pasientlər müalicəyə cavab verir.

T/T 20-25%pasientlər müalicəyə cavab verir.

İL28B T/T spontan sağalma ola bilər.

T>GG/T ribovirin-interferon terapiyasına zəif cavab verir
[rs809917]

G/G müalicəyə çox zəif tabe olur.
Xəstəliyin gedişinə və terapevtik taktikanın seçilməsinə təsir edən bir sıra faktorlar var:yaş, xəstənin cinsi, bədən çəkisi, insulinə rezistentlik, irqi, qaraciyərin fibrozlaşma dərəcəsi, alkoqol və narkotikin istifadəsi, yanaşı xəstəliklər, virus yükü və s. Nəhayət hal-hazırda İL28B-nin təyin olunması da vacib faktorlardandır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.