(+994)55 601 18 31 [email protected]

Qaraciyərin funksional göstəriciləri

Qaraciyər insan orqanizmində ən böyük vəzi orqandır

İnsan çəkisinin 2, 5 % təşkil edərək, təxminən 1 – 1,5 kq ola bilir. Bu çox şaxəli orqanın əsas funksiyaları hansılardır?

Metabolik: Hormon, vitamin, zülal və amin turşuların, lipid və karbohidratların , mübadiləsini qaraciyər həyata keçirir. Eyni zamanda orqanizmin su – duz mübadiləsində iştirak edir.

Depolama – yağların, karbohidratların, hormon və vitaminlərin toplanması məhz qaraciyərdə olur.

Sekretor – Öd yaratma, hansı kı qan plazmasındakı bir sıra zərərli maddələrin çıxmasının əsas yoludur. Həzmdə iştirak edərək yağların emulqasıyası da məhz bu funksiyanın üzərinə düşür.

 İfrazat – zəhərli maddələr olan indol, skatol, tiramin məhz qaraciyərdə kükürd və qlukeron turşuları ilə birləşərək zərərsizləşir. Hemostatik – qaraciyər orqanizmin metabolik, antigen hemostaz (laxtalanma) prosesini tənzimləyir və sair. Bu həyatın normal davam etməsi üçün vacib olan funksiyaların pozulması bildiyimiz kimi çox ağır fəsadlarla nəticələnir.

 Bəs necə əmin olaq ki, qaraciyərimiz “normal çalışır” ?!

Qaraciyər funksiyalarının yoxlanması standart laborator testlər vasitəsilə mümkündür.

Bu testlərə nələr aiddir:

  1. ALT (SGPT) – alamin amintransferaza
  2. AST (SGOT) – aspartatamintransferaza
  3. QF (ALP) – qələvi fosfataza
  4. QQT (GGT) – qamma – qlütamiltransferaza
  5. Bilirubin – qaraciyərin ifrazat funksiyası
  6. Albumin – sintez funksiyası

Bir sıra əlavə analizlər olur ki, bunlardan protrombin zamanı qaraciyərin sintez funksiyasını, Trombositlərin miqdarı, əgər qaraciyər patologiyası varsa laxtalanma sistemində bir sıra problemləri və sairi göstərir. Unutmaq lazım deyil ki,  Qaraciyərin autoimmun, genetik və s xəstəliklərində pasientdən xüsusi analizlər tələb olunur. Pasientlər üçün vacib məqamlardan biri analizləri necə, hansı şəraitdə, günün hansı vaxtı vermələrini bilməlidir.

Analizlər – günün I yarısı ac qarına verilməlidir.

Antibiotiklərin qəbulu heç olmasa 1 həftə – 5 gün  öncədən dayandırmalıdır.

Vitamin preparatları və ot dəmləmələri qəbulu təxirə salınması lazımdır.  Narkotik və alkoqol qəbulu yol verilməzdir və sair. Daha bir pasientləri məlumatlandırmaq istədiyim məqam laborator analizlərdə olan dəyişikliklərin interpretasiyası yəni izahıdır.Qaraciyər laborator göstəricilərin dəyişikliyi  belə xarakterizə olunur:

Qaraciyər hüceyrə – ALT- 2 dəfə və daha çox normadan və ya R>5, burada R – ALT-nin aktivliyinin QF – nın aktivliyinə olan nisbətidir, xolestatik – QF-nın aktivliyi 2 dəfə və daha çox artmışdır və ya R<2.

Qarışıq tip – hər iki göstərici və eyni zamanda digər fermentlər norma daxilində deyil. Əksər qaraciyər xəstələrində ALT-nin miqdarı AST-nin miqdarından yuxarı olur. Bu alkoqol xəstəliyində, sirrozun müəyyən mərhələlərində dəyişə bilər. Qaraciyər fermentlərinin dəyişilməsi ilə yanaşı protrombin vaxtının uzanması və albuminin aşağı olması eyni zamanda orqanın sintez funksiyanın, bilirubin miqdarının artması isə ekskretor fəaliyyətin patologiya səbəbini araşdırmağa göstərişdir. Ümumiyyətlə hər bir pasient istər laborator istərsə də ultrasəs müayinəsindən sonra mütləq bir mütəxəsislə məsləhətləşərsə sağlıq vəziyyəti haqqında daha dolğun məlumat almış olar.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.