(+994)55 601 18 31 [email protected]

Hepatit B infeksiyası üçün risk daşıyan qruplar

Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilir. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:

a) Səhiyyə personalı,

b) Çox sayda qan köçürmə edilən xəstələr,

c) Hemofiliya və hemodializ xəstələri,

d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,

e) Homoseksual və biseksual kişilər,

f) Damardaxili narkotik istifadə edənlər,

g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yataqxana və həbsxana kimi yerlərdə yaşayanlar,

h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.

1. Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),

2. İnsandan insana zədələnmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),

3. Cinsi yolla,

4. Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.

Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və adamın immun sisteminin müqavimətindən asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.