(+994)55 601 18 31 [email protected]

Mədəaltı vəzinin ən çox rast gəlinən problemləri

Mədəaltı vəzinin (pankreas) xəstəliklərinin qiymətləndirilməsi vəzinin əlçatan olmaması səbəbilə nisbətən çətindir.  Vəzinin funksiyasının dəyərləndirilməsi üçün bir sıra metodlar mövcuddur ki, bura fiziki müayinə, qan analizləri, komputer tomoqrafiyas, ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiyası aiddir. Pankreas axacağının müayinəsi isə endoskopik retroqrad xolangiopakreatoqrafiya vasitəsilə aparılır.

Kəskin pankreatit – mədəaltı vəzin kəskin iltihabı prosesidir,  qarnın yuxarı nahiyəsində güclü ağrılar ilə assosiasiya olunur. Digər simptomlarına ürəkbulanma, qusma, ishal, qızdırma aid ola bilər. Kəskin pankreatitin ən çox rast gəlinən səbəbi öddaşlarıdır. Həmçinin xroniki alkoqol qəbulu, travma, infeksiyalar da rol oynayır.

Xroniki pankreatit – mədəaltı vəzinin toxumasının tədricən məhv olması ilə müşahidə olunan prosesdir. Daha çox 30-40 yaş arasında rast gəlinir. Xroniki alkoqol qəbulu bu xəstəliyin əsasında dayanır. Xəstəliyin irəli mərhələrində pasiyentlərdə artıq diabet inkişaf edir.

İrsi pankreatit – bəzi hallarda pankreatit vəzinin və ya bağırsaqların genetik anomaliyaları səbəbindən inkişaf edir. Xroniki pankreatitə gətirən ən çox yayılmış irsi xəstəlik sistik fibrozdur. Son tədqiqatlar zamanı genetik testlərin irsi pankreatitə  meylliliyin aşkarlanmasında faydalı olduğu göstərilib.

Mədəaltı vəzin xərçəngi – ölüm göstəricisinə görə xərçənglər arasında kişilərdə 4-cü qadınlarda isə 5-ci yerdə dayanır. Xərçəngin bu növü həm kimyaterapiya, həm də radioterapiyaya çox davamlıdır. İlkin mərhələlərdə olan yeganə simptom ağrısız sarılıqdır. Erkən mərhələrdə mədəaltı vəzinin xərçənginin aşkarlanması zamanı cərrahi müalicə mümkündür.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.