(+994)55 601 18 31 [email protected]

Qaraciyər və xolesterol: Nələri bilmək lazımdır?

Sağlamlığı qorumaq üçün xolesterin səviyyəsinin tarazlıqda olması çox vacibdir. Xolesterinin tənzimində qaraciyərimiz böyük rol oynayır. Bildiyimiz kimi,  qaraciyər orqanizmdəki ən böyük vəzidir və xolesterini sintezini həyata keçirir.

Çox zaman xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu yanlış fikirdir, çünki xolesterol hormonların, D vitamininin, həzm fermentlərinin sintezi üçün mütləq lazım olan bir maddədir.

Xolesterol lipoproteinlər vasitəsilə bədəndə daşınır. Bunların 2 əsas tipi vardır: yüksək sıxlıqlı (HDL) və aşağı sıxlıqlı (LDL). Orqanizmdə hər iki növə müəyyən miqdarda ehtiyac duyulur.

LDL xolesterolun miqdarının artması  ürəyə gedən  damarlarında yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Ona görə də LDL “ziyanlı xolesterol”  adlanır.  HDL xolesterolun miqdarı azalanda isə orqanizm yağ toplantılarından təmizlənə bilmir. Nəticədə ürək xəstəlikləri və infarkt riski artır.

Orqanizmdə HDL – “faydalı xolesterol”,  LDL –“ziyanlı xolesterol” və total xolesterol səviyyələrini bilmək lazımdır.  Həmçinin triqliseridlərin miqdarı da vacib bir göstəricidir.

Qaraciyərin xəstəlikləri zamanı –qaraciyərin piylənməsi, sirroz, dərman maddələriylə zədələnməsi onun xolesterin sintezi funksiyası pozulur. Nəticədə yuxarıda qeyd etdiyimiz xolesterin növlərinin də tarazlığı pozularaq ürək xəstəlikləri üçün təhlükəli bir zəmin yaranır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.