(+994)55 601 18 31 [email protected]

Birincili biliar xolangit

Birincili biliar xolangit qaraciyərdaxili öd axacaqlarının zədələnməsi ilə müşayiət olunan xroniki qaraciyər xəstəliyidir.

Qaraciyərdə sintez olunan öd bu öd axacaqları vasitəsilə 12-barmaq bağırsağa daxil olaraq yağlı qidaların və yağda həll olunan vitaminlərin ( A, D, E və K) həzmində iştirak edir. Öd axacaqları məhv olduqda öd axa bilmir, qaraciyərdə qalaraq iltihab və fibroza səbəb olur. Əgər müalicə olunmazsa qaraciyər sirrozu yarana bilər.

Xəstəliyin ilkin simptomlarına qaşınma və yorğunluq aiddir. Qarın nahiyəsində ağrı, dərinin rənginin tündləşməsi, ağızda və gözlərdə quruluq, əzələ və oynaq ağrısı da tez-tez rast gəlinən simptomlardandır.

Xəstəliyin səbəbi indiyədək təyin olunmamışdır.  İmmun sistemi ilə əlaqəli olması və genetik irsi keçməsi ehtimal olunur.

Diaqnostikası zamanı anti-mitoxondrial antitellər (AMA)  yoxlanılır. Həmçinin qaraciyər biopsiyası diaqnozu dəqiqləşdirmək üçün tövsiyə edilir.

Biliar xolangitin tam müalicəsi olmasa da, ağırlaşmaların qarşısını almaq və simptomları aradan götürmək mümkündür. Həkimə müraciət etməklə xəstəliyin inkişafını yavaşlatmaq və normal həyat tərzi keçirmək sizin öz əlinizdədir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.