(+994)55 601 18 31 [email protected]

Uşaqlarda Hepatit C

Hepatit C infeksiyası dünya əhalisinin 1-2%-nin yoluxduğu təhlükəli və yoluxucu infeksiyadır. Uşaqlarda və yeniyetmələrdə Hepatit C az rast gəlinir, buna baxmayaraq ciddi tibbi problem olmağa davam edir.  ABŞ-da rəsmi statistikaya əsasən 23.000-dən 46.000-dək uşaq  hepatit c-dən əziyyət çəkir.

Uşaqların çoxunda anadangəlmə hepatitdir, yəni doğuşdan bəri virus qanlarında dövr edir. Anadan uşağa infeksiyanın belə keçməsi vertikal yoluxma adlanır.  Əgər anada Hepatit c varsa, 5% ehtimalla uşağına yoluxa bilər. Anada virus yükü nə qədər yüksəkdirsə o qədər də uşağa keçmə riski böyükdür.

2 yaşında yuxarı uşaqlarda Hepatit C böyük şəxslərdəki kimi diaqnoz olunur. Yəni əvvəlcə orqanizmdə HCV-yə qarşı yaranan zülallar – antitellər təyin olunur. əgər antitellər pozitiv çıxarsa bu zaman daha dəqiq diaqnoz üsulundan PZR-dən(polimeraza zəncirvari reaksiyası) istifadə olunur.

Anada HCV olduğu zaman onun qanında yaranan antitellər cift baryerindən dölə də keçir və 18 aylığına kimi körpənin qanında aşkarlana bilər. Ona görə də 2 yaşından kiçik körpələrdə antitel testi dəqiq olamaya bilər.

Ümumiyyətlə uşaqlarda HCV-nin müalicəsinə 3 yaşından başlanılır. Vertikal yolla virusa yoluxan uşaqların 40%-də 2 yaşadək virus spontan şəkildə özbaşına təmizlənir. Əgər 2 yaşınadək virus təmizlənmirsə artıq xroniki Hepatit C daşıyıcısına çevrilir. Belə uşaqların 80%-də 18 yaşınadək qaraciyərin minimal fibrozu ilə zədələnməsi təyin olunur.

Hepatit C daşıyıcısı olan uşaqlar periodik olaraq həkim nəzarətində olmalıdırlar. Onlarda HCV-nin virus yükü və genotipi təyin olunmalıdır. Müalicə individual şəkildə hər uşağa və ailəyə uyğun aparılır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.