(+994)55 601 18 31 [email protected]

2018-ci ildə Səhiyyəni hansı yeniliklər gözləyir?

Texnologiyanın inkişafı hər birimizin həyatını dəyişir. Hər gün hansısa yeni bir kəşf  haqqında eşidirik. Səhiyyə sahəsində də təbii ki, çox sürətli addımlar baş verir. Bunlardan bəzilərini nəzərinizə çatdırmaq istərdik

  1. Smart inqalatorlar

İnqalasiya yolu ilə qəbul edilən kortikosteroidlər və bronxodilatatorlar astmanın müalicəsinin əsasını təşkil edir. Lakin çox təəsüf ki, pasiyentlərin 90%-i, xüsusilə də uşaqlar bu inqalatorlardan düzgün istifadə edə bilmirlər.  Bu isə preparatların effektliyini 50%-dən çox azaldır.

İndi bu halları aradan qaldırmaq üçün blootoothlu inqalatorlar hazırlanıb. Bu inqalatorlar pasiyentin inqalasiya etdiyi vaxtı və dozanı qeyd edir. Pasiyentə növbəti dəfə nə zaman inqalasiya etməli olduğunu xatırladır.

2.  Qan axınının azaldılması məşqi

Xüsusi hazırlanan bandlar vasitəsilə adi halda istifadə olunan çəkinin cəmi 20%-i ilə əzələləri inkişaf etmək və böyütmək mümkündür. Çünki bu bandlar əzələlərdə süni oksigen çatışmazlığı yaradaraq onların daha az çəki ilə işləməsini təmin edirlər.

3. Teleterapiya

Ruhi xəstələr üçün artıq evdən skype və digər texnologiya vasitələriylə müalicə və müayinə mümkün olacaq. Standart həkim konsultasiyaları uzaqdan tətbiq luna bilmir, çünki analizlər vermək, fiziki müayinə etmək lazımdır. Amma ruhi xəstələr yalnız həkimlə birbaşa kontakta girdiyinə görə teleterapiya məhz bu sahədə sürətlə inkişaf edir.

4. Xərçəngin müalicəsi

Hazırda bədxassəli şişlərin müalicəsi üçün onun yarandığı orqan, həssaslığı müəyyənləşdirilir. Keçən illər ərzində şiş hüceyrələrinin daxili prosesləri, onları yaradan mutasiya və metabolik proseslər aktiv şəkildə öyrənilir. Bu da öz növbəsində müalicə üçün daha dəqiq və effektiv dərmanların hazırlanmasına  gətirib çıxardır.

5. Süni mədəaltı vəzi

Şəkərli diabet demək olar ki, hər 2 pasiyentdən birində rast gəlinən metabolik pozğunluqdur. Xroniki olan bu xəstəlikdən tam müalicə yoxdur və pasiyentlər ömrü boyu dərman içib müalicə almağa məcburdurlar.

Süni pankreas – avtomatlaşdırılmış insulin çatdırma sistemi hazırda üzərində ən çox çalışılan lahiyələrdən biridir. Bu sistem qanda şəkərin miqdarını kontrol edir və qanda şəkəri stabilləşdirmək üçün insulin buraxır. Bu proses komputerlə modelləşdirilir və smartfonla idarə edilir.

6. Revmatoid artritin müalicəsi

Revmatoid artrit autoimmun xəstəlikdir. Oynaqlarda qığırdağı zədələyir, oynaq ağrılarına səbəb olur və əlilliyə də gətirib çıxarır.

2018-də Revmatoid artritin müalicəsi artıq individualizə olmuş aparılacaq. RA səbəb olan genetik mutasiyaların açılması müalicənin daha dəqiq olmasını təmin edir. Target terapiyası ilə simptomlar yüngülləşir və oynaqların zədələnməsi minimuma enir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.