(+994)55 601 18 31 [email protected]

Qaraciyər xəstəlikləri artmaqdadır

Yaxın illərdə qaraciyər xəstəliklərinin ürək xəstəliklərini üstələyəcəyi gözlənilir. 45-64 yaş arası əhalidə xüsusilə qaraciyər xəstəlikləri sürətlə artmaqdadır. Bura alkoqol asılı hepatit, qaraciyərin piylənməsi və virus hepatitləri daxildir. Təkcə 2000-2015-ci illər arasında xroniki hepatitlər 35% artmışdır.

Qaraciyər xəstəlikləri uzun müddət heç bir simptomsuz və əlamətsiz inkişaf etdiyi üçün diaqnoz olunanda xəstəlik artıq gecikmiş mərhələdə olur. Qaraciyəri zədələyən 2 əsas faktor – alkoqol və artıq çəki isə get-gedə daha geniş yayılır.

Qeyd olunanları nəzərə alaraq biz – hepatoloqlar yüksək risk qrupuna daxil olan insanlar üçün sirroz skrininqini çox vacib hesab edirik.  Sirroz qaraciyər toxumasının zədələnərək çapıqlaşmasıdır. Skrininq üçün düzgün müayinənin seçilməsi müstəsna əhəmiyyət daşıyır. Çünki kütləvi istifadə olunacaq müayinə sadə, ucuz və dəqiq olmalıdır. Təklif olunan müayinə transient elastoqrafiyadır.

Aztəminatlı əhali arasında bu müaynənin aparılması, xəstəlikləri erkən mərhələdə aşkarlamağa və ağırlaşmamış müalicə etməyə imkan verəcəkdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.