(+994)55 601 18 31 [email protected]

Qarında ağrı nədən ola bilər?

Hər birimiz  nə vaxtda qarın nahiyəsində ağrı ilə qarşılaşmışıq. Çox zaman bu sadə həzm problemləri ilə bağlı olsa da, bəzən təhlükəli patologiyaların əlaməti ola bilər. Əgər ağrı ilə birlikdə qızdırma, ürəkbulanma, qusma, ishal müşahidə olunursa təcili həkimə müraciət etmək lazımdır. Qarın nahiyəsində ağrıya səbəb olan əsas patologiyalar aşağıdakılardır.

  1. Həzmin pozulması – qarından yayılan ağrı, yanma hissi, diskomfort  funksional dispepsiyanın əlaməti ola bilər ki,  hər 4 adamdan 1-ində rast gəlinir.
  2. Hamiləlik – hamiləliyin erkən dövrlərində qarında diskomfort və ağrı tez-tez rast gəlinir.
  3. Qəbzlik – 1 həftə ərzində 3 və daha az defekasiya aktı baş verirsə bu artıq qəbzlik hesab olunur. 2 aydan çox davam edən qəbzlik zamanı həkimə müraciət etmək tövsiyə olunur.
  4. Əməliyyat sonrası ağrı – əməliyyat sonrası tikişlərin yerinin ağrıması zamanı müşayiət olunur.
  5. Sidikçıxarıcı yolların infeskiyaları – daha çox qadınlarda rast gəlinsə də, hətta uşaqlarda belə sidik yolları infeksiyaları aşkarlana bilər.
  6. Gastroenterit – infeksiya ilə yoluxmuş qida və su qəbulundan keçir.  Qarında ağrı və sancı klassik simptomlardır. Əksər halalrda öz-özünə müalicəsiz sağalır. Amma əgər nəcisdə qan izləri varsa, qusma və ishal  3 gündən çox davam edirsə həkimə müraciət etmək lazımdır.
  7. Öddaşları – öddaşlarının yerdəyişməsi, pristupları çox ağrılı keçir. Müalicənin birdəfəlik yolu ödkisəsinin çıxardılmasıdır.
  8. Appendisit – appendisit kor bağırsağın çıxıntısının kəskin iltihabıdır. Ciddi bir patologiya olub, əgər vaxtında cərrahi müdaxilə olunmazsa  hətta ölümə də səbəb ola bilər.
  9. Pankreatit – mədəaltı vəzinin iltihabı xəstəliyidir. Daha çox xroniki keçdiyindən ağrıdan tamamilə xilas olmaq ümükün deyildir.
  10. Nazik bağırsaq pozuntuları – məsələn Kron xəstəliyi kimi patologiyalar güclü ağrılara səbəb olur. Xroniki olaraq özünü göstərən bu ağrılar etiologiyanın düzgün aşkarlanması və müalicəsi ilə aradan qaldırıla bilərlər.

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.