(+994)55 601 18 31 [email protected]

Qamma qlütamil transferaza (QQT)

QQT bədənimizdə bir-çox orqanlarda rast gəlinən fermentdir. Daha yüksək miqdarda qaraciyərdə toplanır. QQT analizi qaraciyər və öd yollarının zədələnməsini təyin etmək üçün yoxlanılır. Həmçinin ALP (qələvi fosfataza) yüksək olduğu zaman sümük və qaraciyər xəstəliklərini ayırmaq üçün istifadə edilir.

QQT səviyyəsi qida qəbulundan sonra aşağı düşür, ona görə də analizi acqarına vermək tövsiyə olunur. Ən az 8 saat aclıq olmalıdır.  QQT miqdarı normada aşağı səviyyələrdə olur, qaraciyərdə iltihabı proses, fibroz və s digər patologiyalarda isə miqdarı yüksəlir. Öd yolları bağlandığı zaman – daş və ya şiş ilə tutulduqda qanda birinci olaraq QQT səviyyəsi yüksəlir. Bu da onu öd yolları problemlərini təyin etmək üçün ən həssas marker halına gətirir.

QQT səviyyəsi həmçinin alkoqol qəbulu zamanı kəskin dəyişir. Xroniki alkoqoliklərdə yüksək QQT səviyyəsi rast gəlinir.  Ona görə də kəskin və xroniki alkoqol istifadəsinin təyinində də istifadə oluna bilər.

QQT dirsək venasından götürülən qan nümunəsində yoxlanılır. Analizin nəticəsinə alkoqol və bəzi dərman maddələri təsir edir, ona görə də analiz verməzdən öncə həkimlə məsləhətləşmək lazımdı.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 1,50 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.