(+994)55 601 18 31 [email protected]

Stressin səbəbləri

Stressə müxtəlif faktorlar səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki, stress qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli stressə – iş görüşməsinə gedən zaman stress, imtahan verən zaman stress, yarışa hazırlaşanda stress və s aiddir. Belə stresslər orqanizm üçün faydalıdır.

Lakin uzunmüddətli (xroniki) stress zamanla ağır xəstəliklərə səbəb ola bilər. Çünki belə stress adından göründüyü kimi uzun müddət davam edir və insanı daima gərginlik altında saxlayır. Stressə gətirib çıxaran şəxsi problemlərə aiddir:

  1. Sağlamlıq problemləri – xroniki ürək xəstəlikləri, diabet, artrit
  2. Emosional problemlər – insanın ifadə edə bilmədiyi qəzəb, kədər, günah hissi, aşağı özgüvən
  3. İnsanlarla münasibət  – partnyorla münasibətdə problemlər, dostların və dəstəyin olmaması
  4. Böyük həyat tərzi dəyişiklikləri – ailə üzvlərindən kiminsə həyatını itirməsi, işdən qovulma, başqa bir şəhərə köçmək
  5. Ailədə stress – yaşlı və ya xəstə insana qulluq etmək, yaxın ailə üzvlərində stressin olması
  6. Dəyərlərin konflikti – məsələn ailə ilə çox vaxt keçirmək istəyirsiz, lakin alınmır.

Stress yaradan sosial problemlərə aiddir:

  1. Əhatə dairəsi – yaşadığınız ərazidə cinayətlərin, oğurluğun, havanın çirklənməsinin çox olması, səs-küylü olması
  2. İş yeri – işindən narazı olmaq, işdə üzərinizdə həddən artıq yükün olması
  3. Sosial vəziyyət – kasıbçılıq, tənhalıq, digər insanlar tərəfindən təklənmək və s.

Travmasonrası stress:

Əgər həyati təhlükəli və ya travmatik – müharibə, təbbi fəlakət, zorlanma və s. vəziyyət keçirmisinizsə sizə peşəkar kömək üçün müraciət etmək lazımdır. Çünki belə hadisələr kəskin  stressə səbəb ola bilər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.