(+994)55 601 18 31 [email protected]

Amöbiaz

Amöbiaz xəstəliyini Entamoeba Histolytica adlı mikroorqanizmlər törədirlər. Bu mikroorqanizmlər bağırsağın selikli qişasını zədələyirlər. İstənilən yaşda insan amöblə yoluxa bilər. Bir-çox hallarda xəstəlik simptomsuz keçir, ona görə də yoluxmuş insan özü də bilmədən ətrafındakı insanları da yoluxdurur. Ona görə də əgər ailənin bir üzvündə mikrob aşkarlanarsa, mütləq digər üzvləri də amöbə qarşı yoxlanmalıdır. Mikrobların miqdarı bağırsaqda çoxalanda artıq kliniki simptomlar özünü göstərir, amöb dizenteriyası adlanır.

Amöbiazın simptomları:

  • qanlı və ya selikli ishal
  • titrətmə ilə müşahidə olunan qızdırma
  • qarında narahatçılıq hissi
  • qaraciyərin böyüməsi (amöblə zədələndiyi halda)

Ağırlaşmaları:

Xəstəliyin ağır gedişi zamanı orqanizmin susuzlaşması (çoxlu maye itkisinə görə) , qaraciyər absessi, infeksiyanın beyinə yayılması mümkündür.

Müalicəsi:

Amöbiazın özbaşına müalicəsi təhlükəlidir. Əgər qanlı və selikli diareya müşahidə edirsinizsə mütləq həkimə müraciət edin. Hospitalizasiya tövsiyə olunur. Əgər amöbiaz tam müalicə olunmasa xəstəliyin residivi mümkündür.

Profilaktikası:

Əgər yaşadığınız rayonda su keyfiyyətli deyilsə, içməli suyu ən azı 10 dəqiqə qaynadın. Yeməkdən öncə əllərinizi və meyvə-tərəvəzi yaxşı yuyun. Açıq yerlərdə, bazarda satılan məhsulları almayın.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.