(+994)55 601 18 31 [email protected]

Hepatit B nədir, nə üçün təhlükəlidir?

Hepatit B  eyni adlı virusun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidalanmanın pozulması, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin viral hepatit inkişaf edə bilər.

TƏHLÜKƏSİ

Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.

RİSK DAŞIYAN QRUPLAR

Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:

a) Səhiyyə personalı,

b) Çox sayda qan köçürmə edilən xəstələr,

c) Hemofil və hemodiyaliz xəstələr,

d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,

e) Homoseksual və biseksual kişilər,

f) Damar daxili narkotik istifadə edənlər,

g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşayanlar,

h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

HEPATİT B İNFEKSİYASININ ƏLAMƏTLƏRİ

Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğunluq, yüngül tempratur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur.

Uşaqların 10%-indən azında, yeniyetmələrin 30-50%-inde sarılıq görülə bilər. Virusla yoluxanların 1% -inden daha azında infeksiya kəskin qaraciyər çatışmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər. Kəskin infeksiyanın təxminən 1-6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağılma məhsulunda yüksəlmə müşahidə olunur.

HEPATİT B İNFEKSİYASINDAN QORUNMA YOLLARI

İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti yanlışdır. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.