(+994)55 601 18 31 [email protected]

Hepatit C: bilməli olduğunuz 8 fakt

  1. Hepatit C uzun müddət əlamətsiz keçən, lakin ölümcül sonluğa gətirə bilən  xroniki qaraciyər xəstəliyidir.  Bütün dünyada yayılmışdır. Hazırda demək olar ki, istənilən laboratoriyada sadə bir şəkildə qanda virus diaqnoz oluna bilər.
  2. Digər xroniki xəstəliklər kimi virus nə qədər tez təyin olunub müalicəyə başlanarsa bir o qədər nəticə effektli olar. Çünki xəstəlik çox zaman simptomsuz keçir, ciddi əlamətlərlə həkimə müraciət etdikdə isə yaranmış qaraciyər zədələnməsini bərpa etmək olmur.
  3. Hepatit C ilə yoluxan xəstələrin sayı HİV (spid)lə yoluxan insanların sayında 5 dəfə çoxdur.  Hepatit C sirroz, qaraciyər xərçəngi və qaraciyər çatışmazlığının əsas səbəbidir.
  4. Yeni yoluxmaların çoxu narkotik istifadə edən gənclər arasında baş verir.
  5. Hərbi şərait və müxtəlif əlbəyaxa döyüş növlərində qanla kontakt olduğu üçün yoluxma ehtimalı yüksəkdir. Qanaxma, transfuziya, cərrahi əməliyyatlar da risk daşıyır.
  6. Peşəkar tattoo salonları sertifikasiya olunduğundan belə yerlərdə hepatitin yoluxma dərəcəsi çox aşağıdır.
  7. Lakin gigiyenik kontrolun aşağı olduğu həbsxanalar, manikur-pedikur edilən salonlar və s. risklidir.
  8. Ümumilikdə gənc nəsil arasında HİV və digər cinsi yolla keçən infeksiyaların yayılması böyük təşviş doğurur. Lakin bir-çoxu Hepatit B və C təhlükəsindən xəbərsizdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.