(+994)55 601 18 31 [email protected]

Hepatologiya: qaraciyər xəstəlikləri

Hepatologiya tibbin qaraciyər, ödkisəsi, mədəaltı vəzi xəstəliklərinin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir. Hepatologiya yunan mənşəli sözdür, “hepatikos” və “logia” sözlərindən əmələ gəlmişdir. Sözlərin mənası uyğun olaraq “qaraciyər” və “öyrənmək” deməkdir.

Hər il dünyada milyonlarla insan hepatitlə mübarizə aparır, qaraciyər xərçəngi ilə üz-üzə gəlir. Qaraciyər xərçənginin əsas səbəbi Hepatit B və Hepatit C viruslarıdır. Qaraciyər xərçənginin 80%-dən çoxuna məhz bu viruslar səbəb olurlar. Çoxlu alkoqol qəbulu (alkoqolizm) isə qaraciyərin sirrozuna gətirib çıxaran əsas səbəbdir. Hepatoloqlar da əsasən virus hepatitləri və alkoqol mənşəli hepatitlərin müalicəsi ilə məşğul olurlar. Lakin hepatologiya bununla bitmir, geniş çeşidli xəstəliklərin müalicəsi ilə məşğul olur.

  • Qaraciyərin piylənməsi, sirrozu, xərçəngi
  • Virus hepatitləri (A,B,C,D,E)
  • Dərmanlarla zəhərlənmə (xüsusən parasetamol)
  • sarılıq
  • Portal hipertenziya səbəbli qastrointestinal qanaxma
  • uşaqlarda qaraciyərin ferment çatışmazlığına əsaslanan böyüməsi
  • qaraciyər transplantasiyası
  • genetik və metabolik qaraciyər xəstəlikləri
  • pankreatit
  • Dərman metabolizmi
  • mədəaltı və öd axarlarının alkoqol, infeksiya, xərçəng, obstruksiya ilə zədələnməsi

Həkim hepatoloqlar qaraciyər xəstəliklərinin müalicəsi ilə yanaşı skrininq üsulları və maarifləndirmə ilə xəstəliklərin profilaktikasını da həyata keçirirlər. Unutmayın, sağlamlığınız öz əlinizdədir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.