(+994)55 601 18 31 [email protected]

Xroniki Hepatit

Xroniki hepatit qaraciyərin 6 aydan çox davam edən iltihabı prosesidir.  Bütün qaraciyər xəstəliklərinin 70%ni təşkil edirlər. Xroniki hepatitlər hazırda qlobal problem şəklini almışdır. 400 milyondan çox insan xroniki hepatitlə mübarizə aparır, 170 milyonu Hepatit C daşıyıcısıdır.

Mənşəyinə görə virus, autoimmun, dərman xroniki hepatitləri rast gəlinir. Aktivliyinə görə xroniki hepatit minimal, orta və ağır ola bilər. Histoloji müayinə və biopsiya göstəricilərinə görə isə 4 mərhələsi ayırd edilir.

  • 0 dərəcə – fibroz yoxdur.
  • 1-ci dərəcə – əhəmiyyətsiz periportal fibroz
  • 2-ci dərəcə – yüngül fibroz. birləşdirici toxuma artaraq arakəsmələr (septalar) əmələ gətirir.
  • 3-cü dərəcə – ağır fibroz, porto-portal septalar
  • 4-cü dərəcəli – arxitektonikanın pozulması. qaraciyərin strukturunun dəyişilməsi.

Xroniki hepatit zamanı daha çox pasiyentlər sağ qabırğaaltı nahiyədə ağrıdan, ürəkbulanma, qusma, iştahanın pozulması, sarılıq, dəridə qaşınma, işqabiliyyətinin itirilməsindən şikayət edirlər.  Simptomların özünü göstərməsi xroniki hepatitin aktivliyindən asılıdır. Remissiya dövründə ümumiyyətlə heç bir simptom və əlamət olmur. Xəstəlik irəlilədikcə qaraciyərdən kənar simptomlar da rast gəlinir. Bura ağciyərlərin, damarların, böyrəklərin, ürəyin, qalxanabənzər vəzinin zədələnməsinin əlamətləri aiddir.

Diaqnostika qan analizləri, qaraciyərin Ultrasəs müayinəsi, qaraciyərin biopsiyası ilə qoyulur. Müalicə hepatitin səbəbini naradan qaldırılmasına, xəstənin vəziyyətinin yaxşılaşdırılmasına və dayanıqlı remissiya alınmasına yönəlmiş olur. Müalicə olunmadıqda xroniki hepatit 70% hallarda qaraciyərin sirrozu ilə nəticələnir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.