B12 vitamini unikal vitamindir, çünki tərkibində mineral maddə – kobalt vardır. Ona görə B12 vitamini həmçinin kobalamin adlanır.
B12 vitamini lazımdır
- normal aminturşu mübadiləsi üçün
- müxtəlif anemiyaların (qanazlığının) profilaktikası üçün
- sinir toxumasının düzgün inkişafı üçün
Vitamin B12 çatışmazlığının əlamətləri özünü gec göstərir. Uzunmüddətli vitamin çatışmazlığından və ya onun orqanizm tərəfindən sorulmasının pozulmasından sonra kliniki əlamətlər yaranır. B12 çatışmazlığı onurğa və baş beyində degenerativ proseslərə səbəb olur, nevroloji əlamətlər yaranır. Həmçinin megablast və ya mikrositar anemiya əmələ gəlir. B12 çatışmazlığının əlamətləri bunlardır: ağız ətrafında yaralar, iştahanın pisləşməsi, dilin quru və qırmızı olması, təngənəfəslik, saşların tökülməsi, dərinin sarımtıl rəngi, görmənin pisləşməsi
Əgər vitamin defisiti vaxtında aşkarlanıb müalicə olunmazsa psixi sağlamlığın pozulması və ifliclə nəticələnə bilər. B12 çatışmazlığı daha çox vegeterian pəhrizi ilə qidalanan, yəni heyvani qidaları qətiyyən qəbul etməyən insanlarda yaranır. B12 vitamini qida əlavəsi olaraq apteklərdə də satılır.
B12 vitamini ilə zəngin qidalar– qaraciyər, mal əti, quş əti, yumurta, balıq, süd, kəsmik, yoqurt, pendir
Lakin bilmək lazımdır ki, həddindən artıq B12 vitamini qəbulu prostat vəzi xərçəngi riskini artırır.
No Comments