(+994)55 601 18 31 [email protected]

Qaraciyəri zədələdiyini bilmədiyiniz 7 faktor

Qaraciyəri zədələdiyini bilmədiyiniz 7 faktor

  • Şəkər

Çoxlu şirin yemək yalnız dişləriniz üçün ziyanlı deyildir, həmçinin qaraciyərinizi də zədələyir.  Çoxlu un məhsulları və şirniyyat yedikdə orqanizm onu yağa çevirərək depolayır. Çoxlu belə yağ toplanması isə qaraciyər xəstəliklərinə gətirib çıxarır. Bəzi elmi tədqiqatlar artıqçəkili olmasaz belə şəkərin alkoqol qədər qaraciyəri zədələdiyini göstərir.

  • Bitki tərkibli qida əlavələri

Bir çox halda hansısa dərman maddəsinin üzərində “təbii bitki mənşəli” yazısını görən kimi ona güvənib zərərsiz olduğunu hesab edirik.  Lakin bu yanaşma düzgün deyildir, çünki elə bitkilər vardır ki, onlar əsasında hazırlanan əlavələr qaraciyərin normal çalışmasına mane olur. Ona görə belə maddələri qəbul etməzdən öncə mütləq həkiminizlə məsləhətləşin.

  • Artıq çəki

Qaraciyər hüceyrələrinin özündə artıq yağ toplanması  qaraciyərin piylənməsinə səbəb olur.  Nəticədə qaraciyərin sərtləşir və çapıqlaşır. Qaraciyərin piylənməsi şəkərli diabet, artıq çəki və yaşlı insanlarda daha çox rast gəlinir.

  • Çoxlu Vitamin A qəbulu

A vitamini orqanizm üçün çox vacib bir vitamindir və normal dozanı meyvə- tərəvəzdən qəbul edirik.  Lakin yüksək A vitaminli qida əlavələri qəbul etmək qaraciyər üçün problem ola bilər. Ümumiyyətlə bütün vitamin əlavələrini qəbul etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.

  • Şəkərli qazlı içkilər

Tədqiqatlar göstərir ki, gendəlik şəkərli içkilər içən  insanlar qaraciyər xəstəliklərinə daha meylli olurlar. Maye olaraq əsas su, çay və kofeyə üstünlük verməyə çalışın. Gündə 1 fincan kofe qaraciyər üçün xeyirdir.

  • Asetominofen

Asetominofen ağrıkəsici olaraq geniş istifadə olunur. Satış adı panadol, paracetamol, tylenol və s.dir. Dərmanı qəbul edərkən ehtiyatlı olmaq və tövsiyə olunan dozadan kənara çıxmamaq lazımdır. Asetominofen yüksək miqdarda qəbul edildikdə qaraciyərə toksik təsir göstərir.

  • Trans yağlar

Trans yağlar insan tərəfindən hazır qidalara və un məhsullarına əlavə edilən yağlardır. Yüksək trnas yağlı qida insanı kökəlməyə meylli edir və sağlamlığa ziyan vurur.

Daha ətraflı məlumatı DoctorHep mobil əlavəmizi yükləməklə əldə edə bilərsiniz.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.