(+994)55 601 18 31 [email protected]

Dünyada ilk dəfə insanda siçan Hepatiti aşkarlanmışdır!

Honkonq Universitetinin alimləri insanda ilk dəfə olaraq siçan Hepatit E virusu qeydə aldılar.   

Xəstəliyə qaraciyər transplantasiyası keçirmiş 56 yaşlı kişi məruz qalmışdır. Onun qaraciyərinin analizləri heç bir səbəb olamdan anomal nəticə göstərmişdir.  Sonrakı tədqiqatlar zamanı Hepatit E virusuna immun cavabın formalaşması aydınlaşdırılmışdır.

Alimlər hesab edirlər ki, evinin ətrafında çoxlu siçan sürüsü olan pasiyent siçan ifrazatları ilə zədələnmiş qida qəbulundan hepatitə yoluxmuşdur.  Transplantasiyadan sonra immuniteti zəiflədiyi üçün pasiyentin yoluxma riski yüksək olmuşdur.  Hazırda pasiyent antivirus müalicə alır və vəziyyəti stabildir.

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il Hepatit E virusuna  3,3 milyon insan yoluxur. Hepatit E virusu daha çox Şərqi və Cənubi Asiyada qeydə alınır. Yoluxmanın ən çox rast gəlinən mənbəyi içməli sulardır.  Hepatit E-nin ilkin simptomlarına həzmin pozulması, oynaqlarda ağrı, dəridə səpgilər, ümumi halın pisləşməsi aiddir. Müəyyən müddət sonra artıq sarılıq da formalaşır.  Nadir hallarda Hepatit E ağır formada keçir və kəskin qaraciyər çatışmazlığına səbəb olur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.