(+994)55 601 18 31 [email protected]

Hepatit C necə xərçəngə gətirib çıxarır?

Hepatit C qaraciyər xərçənginin aparıcı səbəblərindən biridir.  Həmçinin qeyri-Hodgkin limfoması, öd yolları xərçəngi  ilə əlaqəlidir.

Hepatit C-nin  erkən diaqnostika və müalicəsi zamanı pasiyent tamamilə sağala bilər.  Bu da öz növbəsində xərçəng  və digər fəsadlaşmaların riskini azaltmaqda böyük rol oynayır. Hepatit C skrininqi və müalicəsi buna görə çox vacibdir.

Təəsüf ki, bir çox insan xroniki hepatit C ilə yaşayır və bundan xəbərsizdir.  Çünki xroniki hepatit C bir-çox halda qaraciyərin ciddi zədələnməsinə qədər heç bir əlamətlə özünü biruzə vermir.

Xərçəngdən əziiyət çəkən hepatitli xəstələrdə qaraciyər sirrozu daha tez formalaşır. Bədxassəli şişlərin müalicəsi üçün aparılan kimya terapiyası immuniteti zəiflədir, bu da virusun baş qaldırıb kəskin qaraciyər xəstəliyinə səbəb olmasına gətirib çıxarır.  Bu fenomen  “Hepatit C-nin reaktivasiyası” adlanır.

Əgər hepatit C müalicə olunmazsa qaraciyərin geridönülməz zədələnməsinə yol aça bilər. Nəticədə infeksiyanın ağırlaşmasına görə pasiyentə qaraciyər transplantasiyası tələb oluna bilər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.